Abşeron rayonunda yollarda hərəkət qismən məhdudlaşdırılır.
BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində bu gündən başlayaraq hərəkət hissə-hissə və qismən məhdudlaşdırılacaq.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alterntaiv yollardan istifadə etmələri tövsiyə olunur.
BakuCity.az