• Ana səhifə
  • Sabah Bakıda gözlənilən hava şəraiti - PROQNOZ
13:08, 8 may 2020

Sabah Bakıda gözlənilən hava şəraiti - PROQNOZ

Sabah Bakıda gözlənilən hava şəraiti - PROQNOZ

9 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən əsasən mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Bakıda  gecə 12-14, gündüz  20-22, Abşeron yarımadasında gecə 12-14, gündüz  18-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.  

BakuCity.az

#Proqnoz #Hava şəraiti

Şərhlər

Elan
live comments feed...