AzTV növbəti dəfə koronavirusa yoluxmuş şəxslərin olduğu xəstəxanalardan birindən reportaj hazırlayıb.
BakuCity.az xəbər verir ki, xəstəxananın həkimləri Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxma hallarının artdığını bildiriblər.
TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstə axını xəstəxananın qəbul imkanlarını aşarsa, kimin yaşayıb, kimin öləcəyi barədə qərar vermək məcburiyyətində qalacaqlar.
BakuCity.az