• Ana səhifə
  • İnternetin qiymətində güzəşt olacaq? - VİDEO
14:03, 8 may 2020

İnternetin qiymətində güzəşt olacaq? - VİDEO

İnternetin qiymətində güzəşt olacaq? - VİDEO

Mövzu ilə bağlı süjet yayımlanıb.

Koronavirus pandemiyası dövründə küçəyə çıxmaq qadağan olunduqdan sonra evdə internetdən istifadə edənlərin sayı artıb. Əksər abonentlər ölkədə fəaliyyət göstərən mobil operator və provayderlərin karantin günləri ərzində istifadəçilərinə müəyyən güzəştlər etməsini gözləyir.

Bu günlərdə istifadəçilərin internet imkanlarını yaxşılaşdıracaq hansı təkliflər var?

BakuCity.az xəbər verir ki, internet provayderlərindən bəziləri güzəştlərin nəzərdə tutulmadığını desə də, imtiyazlar təklif edənlər də var.

Ekspertlər bildirirlər ki, koronavirus pandemiyası dövründə telekommunikasiya sənayesinin üzərinə böyük yük düşür. Bu amil nəzərə alınaraq, bir çox ölkələrdə internetin əlçatanlığının təmin olunması üçün müəyyən addımlar atılıb və pulsuz internet xidmətləri təklif edilib. 

Eləcə də, ölkəmizdə operatorlar əvvəlcədən ödəniş sistemini tətbiq edir. Yəni ödənişi et, sənə xidmət göstərim. Amma mövcud vəziyyətdə bu sistem əksər abonentlər üçün heç də arzuolunan deyil.

BakuCity.az

https://www.bakucity.az/
#İnternet #Güzəşt

Şərhlər

Elan
live comments feed...