BNA: Ekspres xətlər fəaliyyətini davam etdirəcək

BNA: Ekspres xətlər fəaliyyətini davam etdirəcək

Ekspres marşrut xətləri üzrə sərnişindaşımalar davam etdiriləcək.

"Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq bildiririk ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək".

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Ekspres xətlərin iş qrafikində də dəyişiklik edilməyib. Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

BNA bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırır.

BakuCity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər