Zaur Hüseynov: Bütün metro stansiyaları dezinfeksiya olunub

Zaur Hüseynov: Bütün metro stansiyaları dezinfeksiya olunub

Bütün metro stansiyaları dezinfeksiya olunub.

"Məhz ölkə prezidentinin vaxtında verdiyi qərarlar nəticəsində Azərbaycanda koronavirusla bağlı digər ölkələrdən daha yaxşı vəziyyət olduğunu görürük".

BakuCity.azxəbər verir ki, bunu "Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov bildirib. 

Zaur Hüseynovun sözlərinə görə, bütün metro stansiyaları dezinfeksiya olunub: "Bu proseslər gün ərzində bir neçə dəfə təkrarlanır".

Bundan başqa, o, əlavə edib ki, iş günlərində qatarlar ən mükəmməl qrafiklə hərəkət edəcək: "Metro stansiyalarında xəbərdaredici və qadağanedici bildirişlər quraşdırılacaq. Bütün bunlar metropoliten işçilərinin və sərnişimlərin məsuliyyətli olması üçündür".

BakuCity.az

Metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər