Bakıda yanan avtobusla bağlı AÇIQLAMA - VİDEO (YENİLƏNİB)

Bakıda yanan avtobusla bağlı AÇIQLAMA - VİDEO

FHN Bakıda avtobusun yanması ilə bağlı məlumat yayıb.

BakuCity.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda “Karsan” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:01

Bakıda avtobus yanır

Bu barədə BakuCity.az-a hadisə şahidləri məlumat veriblər. 

Hadisə Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında, Təbriz küçəsi 98 ünvanında qeydə alınıb.

"Karsan" markalı avtobusun mühərrik hissəsi qəfil alışıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən sərnişinlər avtobusdan təxliyyə edilib.

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

BakuCity.az

Avtobus yanır
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər