Bakı metrosu fəaliyyətini bərpa etdi: yeni qaydalar tətbiq olunacaq - VİDEO

Bakı metrosu fəaliyyətini  bərpa etdi: yeni qaydalar tətbiq olunacaq - VİDEO

Bakı metrosu fəaliyyətini bərpa edib.

Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşaldılması planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, “Bakı Metropoliteni”nin fəaliyyəti bu gün səhər saat 06:00-dan etibarən bərpa olunub.

BakuCity.az xəbər verir ki, metropoliten pandemiya dövründə fəaliyyətini operativ qərargahın tələb və qaydalarına, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirir.

Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə “Bakı Metropoliteni”ndə qatarların hərəkəti 31 mart 2020-ci il, saat 22:00-dan dayandırılmışdı.

BakuCity.az

Bakı metrosu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər