Bakıda 3 mərtəbəli metro stansiyası açılır - RƏSMİ

Bakıda 3 mərtəbəli metro stansiyası açılır - RƏSMİ

“Şərti adı “B3” olan metro stansiyası bu ilin sonunda təhvil verilə bilər”. 

BakuCity.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

B.Məmmədov bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır:

“Stansiya 3 mərtəbəli olacaq. Artıq 17 eskalator quraşdırılıb. Sərnişinlər üçün liftlərin quraşdırılması da nəzərdə tutulur. Aparılan işlər demək olar ki, yekunlaşıb. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, zəruri avadanlıqların əldə olunmasına çətinlik yarada bilər. Bu kimi məqamlar olmazsa, ilin sonunda stansiyanın açılışı gözlənilir”.

Hazırda Bakı metro stansiyaları arasında ən hündürü 5 mərtəbəli “Əcəmi 2” stansiyasıdır. (Oxu.az)

BakuCity.az

Metro Yeni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər