Pandemiyadan sonra avtobuslarda kartlaşma davam etdiriləcək

Pandemiyadan sonra avtobuslarda kartlaşma davam etdiriləcək

"Pandemiyadan sonra qaldığımız yerdən işimizi davam etdirəcəyik”.

“Pandemiyadan əvvəlki dövrdə avtobuslarda kartlaşma prosesi sürətlənmişdi. Bu proses təkcə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən deyil, Agentliyin tərəf müqabilləri olan xarici şirkətin nümayəndələri tərəfindən də həyata keçirilir. Hazırda proqram təminatındakı bəzi zəruri məsələlər videokonfrans vasitəsilə danışılır. Pandemiyadan sonra qaldığımız yerdən işimizi davam etdirəcəyik”. 

BakuCity.az xəbər verir ki, bunu "AVTO FM” efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.

V.Məmmədzadə əlavə edib ki, ümumilikdə Bakıda 2 100 avtobus fəaliyyət göstərir, onlardan 300 ədədi “Bakubus” MMC tərəfindən istismar olunur. Digər xətlər isə özəl daşıyıcılardadır və onların avtobuslarını biz müəyyən mərhələ ilə kart sisteminə inteqrasiya edirik.

Ümumilikdə təxminən 30%-dən artıq avtobusda ödənişlər kart sistemi ilə edilir.

BakuCity.az

BNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər