COVID-19-a qarşı xüsusi dializ müalicəsi təklif edildi

COVID-19-a qarşı xüsusi dializ müalicəsi təklif edildi

COVID-19-a qarşı xüsusi dializ müalicəsi təklif edilib.

Kanadada bir qrup alim qanın təmizlənməsi üçün istifadə olunan dializ aparatının köməyi ilə koronavirusa qarşı fərqli müalicə üsulu təklif edib.

“Anadolu” agentliyi xəbər verir ki, Kanadanın Ontario əyalətinin London şəhərində “Lawson” Sağlamlıq Araşdırma İnstitutu dünyada ilk dəfə tətbiq ediləcək xüsusi dializ proseduru ilə müalicə haqqında bəyanat verib.

Bildirilir ki, dializ aparatı bədənin koronavirusa qarşı reaksiyasına bağlı simptom olan hiperinflamasiya ilə mübarizə aparmaq üçün xəstənin ağ qan hüceyrələrini yenidən proqramlaşdıraraq işləyir.

Yeni müalicənin ağır xəstələrdə immun sistemi tərəfindən sitokin fırtınasına səbəb olacağı vurğulanıb.

“Bu, bizdə xəstənin qanını bədən xaricində müalicə etmək fikrini doğurdu. İmmun reaksiyanı dəyişdirmək üçün iltihabla əlaqəli ağ qan hüceyrələrini yenidən proqramlaşdıra bilərik. Məqsəd xəstənin sağ qalmasını təmin etmək, vəziyyətini yaxşılaşdırmaq, oksigenə və süni tənəffüsə ehtiyacını azaltmaqdır”, - deyə, təcrübə qrupunun başçısı Kris Makintray qeyd edib.

Təcrübənin 40 könüllü koronavirus xəstəsində sınaqdan keçiriləcəyi və nəticələrinin ictimaiyyətə açıqlanacağı bildirilib.

BakuCity.az

Koronavirus Dializ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər