Bakıda Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum oldu

Bakıda Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum oldu

Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub.

"Müslim Maqomayevin heykəlinin ucaldılması ilə bağlı Cənab Prezidentin fərmanı var, bu sahədə işlər davam etdirilir".

BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib:"Abidənin Dənizkənarı Milli Parkda qoyulması versiyası da var. Bu məsələyə görkəmli ziyalılar və mütəxəssislərin iştirakı ilə baxılır. Nəticə əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin martın 12-də "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.

BakuCity.az

Müslüm Maqomayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər