Bakıda sabah da yağış yağacaq - PROQNOZ

Bakıda sabah da yağış yağacaq - PROQNOZ

Sabah hava yağıntılı olacaq.

Mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə 9-11, gündüz 18-20, Abşeron yarımadasında gecə 9-11, gündüz 17-20 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

BakuCity.az

Bakıda Yağış yağacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər