Bakıda baş verən yol qəzaları - VİDEO

Bakıda baş verən yol qəzaları - VİDEO

Yağışlı havada Bakıda baş verən yol qəzalarını şəhər təhlükəsizlik kameraları qeydə alıb.

Bakıda yağışlı havada sürəti düzgün seçməyən sürücü sərt döngədə ağır qəzaya səbəb olub. Qəfil əyləcdən istifadə edən sürücü sükana nəzarəti itirərək avtomobili əks yolda hərəkətdə olan nəqliyyat vasitəsinə çırpıb.

BakuCity.az Xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində baş verib və ''Təhlükəsiz Şəhər'' kameralarına düşüb.

Şəhər istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Maşın sürüşərək əks istiqamətdə hərəkətdə olan minik avtomobilinə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

İkinci ağır qəza da yağışlı havada Füzuli küçəsində baş verib. "Cip"in sürücüsü də yoldakı vəziyyəti nəzərə almadan qəfil əyləci sıxıb və idarəetməni itirib. Avtomobil yoldan çıxaraq ağaca və işıq dirəyinə çırpılıb. Daha sonra parkla yol arasındakı dəmir məhəccərləri dağıdıb.

Üçüncü qəza isə kənar dairəvi yolun Yasamal rayonundan keçən hissəsində baş verib. Sürücü avtomobildə idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yağışlı havada qəzalar sürücülərin məsuliyyətsizliyi və yüksək sürət səbəbindən baş verir.

BakuCity.az

Yol qəzaları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər