• Ana səhifə
  • DYP karantini pozan sürücüləri cərimələdi
12:12, 11 may 2020

DYP karantini pozan sürücüləri cərimələdi

DYP karantini pozan sürücüləri cərimələdi

Xüsusi karantin rejimini pozan sürücülər cərimələnib.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar ötən gün DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BakuCity.az xəbər verir ki, BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.05.2020-ci il saat 00:00-dan 11.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 263 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 51 437 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. (report)

BakuCity.az

#DYP #Cərimə

Şərhlər

Elan
live comments feed...