"Avroviziya: Europe Shine A Light" mahnı şousunun şərhçisi bəlli oldu

"Avroviziya: Europe Shine A Light" mahnı şousunun şərhçisi bəlli oldu

İTV "Avroviziya: Europe Shine A Light" mahnı şousunda şərhçisinin adını açıqlayıb.

“Avroviziya: Europe Shine A Light” adı altında 16-may 2020-ci ildə, Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq.

BakuCity.az xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq. Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq.

Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

"Avroviziya: Europe Shine A Light" mahnı şousunun şərhçisi bəlli oldu, fotoşəkil-1

BakuCity.az

"Avroviziya: Europe Shine A Light"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər