“EuroHome”dəki yanğın söndürülüb - FOTO / VİDEO (YENİLƏNİB)

“EuroHome”dəki yanğın söndürülüb - FOTO / VİDEO

Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

BakuCity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.

23:40

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.

BakuCity.az xəbər verir ki, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağır verilib. 

Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.  

20.20

Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bu barədə FHN-dən məlumat verilib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrın 10-da da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.

“EuroHome”dəki yanğın söndürülüb - FOTO / VİDEO (YENİLƏNİB), fotoşəkil-1 “EuroHome”dəki yanğın söndürülüb - FOTO / VİDEO (YENİLƏNİB), fotoşəkil-2 “EuroHome”dəki yanğın söndürülüb - FOTO / VİDEO (YENİLƏNİB), fotoşəkil-3 “EuroHome”dəki yanğın söndürülüb - FOTO / VİDEO (YENİLƏNİB), fotoşəkil-4

 BakuCity.az

“EuroHome”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər