Bakı metrosu təkrar bağlandı

Bakı metrosu təkrar bağlandı

Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.

BakuCity.az xəbər verir ki, sərnişinlər metronun stansiyalarına buraxılmayıb. 

Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.  

"Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a açıqlamasında bildirib ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb:

"Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı Metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb".

Həmçinin oxu: Bakı metrosu fəaliyyətini bərpa etdi: yeni qaydalar tətbiq olunacaq - VİDEO

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasiədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib.

BakuCity.az 

Bakı metrosu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər