• Ana səhifə
  • “BMW”ni dərədən aşıran şəxs tutuldu- VİDEO (YENİLƏNİB)
16:25, 12 may 2020

“BMW”ni dərədən aşıran şəxs tutuldu- VİDEO (YENİLƏNİB)

“BMW”ni dərədən aşıran şəxs tutuldu- VİDEO (YENİLƏNİB)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərə münasibət bildirib.

BakuCity.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov “Report”a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

E.Zahidov deyib ki, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib.

E.Zahidovun sözlərinə görə, Suraxanı RPİ-nə daxil olan məlumat əsasında araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhvetmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra E.Abbasov saxlanılıb.

10:13

Sosial şəbəkədə BMW markalı avtomobilin dərədən aşırılmasının görüntüləri yayılıb. 

BakuCity.az xəbər verir ki, hadisənin baş verdiyi ərazi hələlik məlum deyil. 

Videoda BMW markalı avtomaşının digər eyni markalı avtomobili qəsdən vuraraq, dərədən aşırması görünür. 

Videonu çəkən şəxs isə sürücüyə bunu etməklə bağlı göstəriş verib. 

BakuCity.az

#BMW

Şərhlər

Elan
live comments feed...