Bakı sakini anasını və evdə işləyən ustanı bıçaqladı

Bakı sakini anasını və evdə işləyən ustanı bıçaqladı

Bakı sakini yaşadığı evdə 2 nəfəri bıçaqlayıb.

BakuCity.az xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb.

Bakı şəhər sakini Elnur Quliyev yaşadığı evdə usta işləyən Sədrəddinbəyov Kamil Arif oğlunu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o özünü öldürməyə cəhd edib. Anası Minəxanım Quliyeva ona mane olmağa çalışanda isə E.Quliyev anasını da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. (Trend)

BakuCity.az

Bakı sakini Bıçaqladı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər