Bakı metropolitenində intihara cəhd olub.
BakuCity.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, hadisə mayın 11-də saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında qeydə alınıb.
Cəlilabad rayon sakini N.Məmmədova anası ilə mübahisə etdiyindən özünü qatarın altına atmağa cəhd edib.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində intihara cəhdin qarşısı alınıb. (Trend)
BakuCity.az