• Ana səhifə
  • Nüşabəylə videosu yayılan kişi danışdı - "Nazir müavini olmağım..." - VİDEO (YENİLƏNİB)
17:10, 12 may 2020

Nüşabəylə videosu yayılan kişi danışdı - "Nazir müavini olmağım..." - VİDEO (YENİLƏNİB)

Nüşabəylə videosu yayılan kişi danışdı - "Nazir müavini olmağım..." - VİDEO (YENİLƏNİB)

İddialara görə, müğənni ilə rəqs edən şəxs mədəniyyət naziri Əbülfəz Qarayevin həbs edilən müavini Rafiq Bayramovdur.

BakuCity.az xəbər verir ki, Müğənni Nüşabə Musayeva ilə rəqsi ilə gündəmi zəbt edib.

Məlum olub ki, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir.

Məsələylə bağlı AZXEBER.COM-a danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib: "Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb.

O deyib ki nazir müavini təqdim edilməsindən çox narahatdır: "Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb".

15:06

İzləyicilərin marağına səbəb olan bu video, böyük müzakirələrə səbəb olub.

Aktyor İbrahim Salamov Mədəniyyət naziri Əbülfəs Qaryevin müavini haqqında daha bir iddia irəli sürüb.

BakuCity.azxəbər verir ki, İ.Salmanov bu barədə “Facebook” səhifəsində yazıb.  O, qalmaqallı müğənni Nüşabə Musayeva ilə rəqs edən şəxsin videosunu yayımlayaraq qeyd edib: “Əbülfəs Qarayevin müavini deyil ki bu cənab? "Bala" Nüşabə ilə.Təsəvvür edin , özünü buraxan müğənnilər necə olur ki, belə həyasızlaşırlar”.

İzləyicilərin marağına səbəb olan bu video, böyük müzakirələrə səbəb olub.

“Belə pozğun, pul yeyən köməkçi üzündən Azərbaycan yaman günə qalıb da”, “Deməli , hər əxlaqsız müğənninin kürəyində belə zırpı " məmur" dayanırmış ki, belə hoqquldayırlar. Batsın belə nazirliyi də naziri də”,- deyə, paylaşıma fikir bildiriblər.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirin müavini Rafiq Bayramov, Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov,  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov da olub. (Ölkə.Az)

BakuCity.az

#Nüşabə #Video

Şərhlər

Elan
live comments feed...