Bakıda bank kartından bu qədər pul oğurlandı

Bakıda bank kartından bu qədər pul oğurlandı

Bakıda bank kartından pul oğurlayan şəxs tutulub.

BakuCity.az xəbər verir ki, hadisə mayın 11-i saat 15 radələrində Yasamal rayonu, Landau küçəsində qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini Ş.Cəfərovun pul kartından bankomatdan 4 500 manat çıxardaraq oğurluq edib.

Daha sonra Ş.Cəfərov bu barədə polis əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

BakuCity.az

Bakıda bank kartından bu qədər pul oğurlandı
Bakıda Bank kartı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər