Bakı polisi əməliyyat keçirdi: heroin alverçisi yaxalandı

Bakı polisi əməliyyat keçirdi: heroin alverçisi yaxalandı

Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

BakuCity.az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cu (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Baba Pənahov saxlanılıb.

B.Pənahovun üzərindən 1, 850 qram narkotik maddə olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır. (Trend)

BakuCity.az

Heroin Alverçi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər