Rektor: Koronavirusun varlığını inkar edənlər daha təhlükəlidir

Rektor: Koronavirusun varlığını inkar edənlər daha təhlükəlidir

“Hər zaman pandemiya onu yaşayan cəmiyyət və hər bir üzvü üçün stressdir. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına təsir edir”.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiat Gəray Gəraybəyli deyib.

G.Gəraybəylinin sözlərinə görə, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur:

“Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. Həddindən artıq həssas, tez həyəcanlanmağa meylli insanlar qorxuya düşürlər. Bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir. Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Bu insanlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir. Dünya bu barədə danışir, onla isə reallığı qəbul etmirlər. İHər iki hal insanın davranışına təsir edir".

Rektor qeyd edib ki, virusun, xəstəliyin varlığını inkar edənlər bu gün üçün daha təhlükəlidir: "Həddindən artıq qorxan adam ancaq özünə əzab verir, özünü qorusa da, stress keçirir, bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallar yaradır. İkinci qrupa aid olanlar isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər - sosial məsafəni qorumur, maska taxmırlar və tövsüyələrə riayət etmirlər. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar". (report)

BakuCity.az

Rektor Koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər