Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Milli Hidrometeorologiya Xidməti 14 mayda gözlənilən hava şəraitini açıqlayıb.

Deportamentdən BakuCity.az-a verilən məlumata əsasən mayın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu Bakıda gecə 13-15, gündüz  19-21, Abşeron yarımadasında gecə 12-15, gündüz  18-21 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  

BakuCity.az

Hava Proqnoz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər