DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı

DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanıldı

DTX və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatda üç rəis saxlanılıb. 

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

BakuCity.az xəbər verir ki, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Həmçinin oxu: DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirib

Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir. (BakuPost)

BakuCity.az

DTX
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər