Bakıda əks yola çıxan sürücüdən gözlənilməz hərəkət - VİDEO

Bakıda əks yola çıxan sürücüdən gözlənilməz hərəkət - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün xuliqanlıq etməsi kameraya düşüb.

BakuCity.az xəbər verir ki, hadisə 12 may, saat 16:39 radələrində Sabunçu rayonu, Zabrat yolunda qeydə alınıb.

99 AF 375 dövlət nömrə nişanlı, üzərində taksi olan avtomobilin sürücüsü əks istiqamətdə hərəkət edib. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün önünə çıxıb. Sürücü ona zolağına qayıtmasını bildirib.

Avtomobildən düşən qayda pozan sürücü təkidlə ona yol verilməsini tələb edib. Etiraz ilə qarşılaşandan sonra isə avtomobilindən dəmir boru götürüb və digər sürücüyə hücum çəkib.

Taksidə əyləşən yaşlı sərnişinin müdaxilə etməsindən sonra geri çəkilən şəxs sürücünü təhdid də edib.

BakuCity.az

Əks yola çıxan sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər