"Neftçi" rəsmisi: Məşqlər başlasa, komanda üzvləri testdən keçiriləcək

"Neftçi" rəsmisi: Məşqlər başlasa, komanda üzvləri testdən keçiriləcək

"Neftçi" klubu AFFA-nın futbolçu və məşqçilərin koronavirus testindən keçirilməsi tövsiyəsinə münasibət bildirib. 

BakuCity.az xəbər verir ki, paytaxt təmsilçisinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev ehtiyac olacağı halda bu tövsiyəyə əməl edəcəklərini deyib. 

Klub rəsmisi məşqlərin bərpası ilə bağlı qərar veriləcəyi təqdirdə komandanın futbolçularını və məşqçilər heyətini testdən keçirəcəklərini vurğulayıb. 

Qeyd edək ki, AFFA klublara futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib. Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.

BakuCity.az 

"Nefçi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər