Bakıda sürücülər arasında insidentə səbəb olan sürücü saxlanılıb.
BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Həmçinin oxu: Bakıda əks yola çıxan sürücüdən gözlənilməz hərəkət - VİDEO
Məlumata görə, K.Nəcəfov barəsində barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib. (BAKU.WS)