Bu ölkədə yaşayan azərbaycanlılara səfirlikdən MÜRACİƏT

Bu ölkədə yaşayan azərbaycanlılara səfirlikdən MÜRACİƏT

Səfirlik Polşada yaşayan azərbaycanlılara müraciət edib. 

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan azərbaycanlılara müraciət edib.

BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin [email protected] elektron ünvanına göndərilməsi tələb olunur.

1) Pasportun surəti;

2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;

3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;

4) Telefon nömrəsi;

5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);

6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;

7) Polşaya gəlmə tarixi;

8) Yerləşdiyiniz şəhər”.

BakuCity.az

Azərbaycanlılar Səfirlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər