Elxan Məmmədov: Futbolla bağlı qərar bu gün açıqlanacaq

Elxan Məmmədov: Futbolla bağlı qərar bu gün açıqlanacaq

AFFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı qərarını bu gün açıqlayacaq.

BakuCity.az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov verib.

E.Məmmədov bildirib ki, qurum qeyri-müəyyənliklə bağlı alınan qərarları gün ərzində ictimaiyyətə təqdim edəcək: “Bu gün bütün məlumatlar AFFA-nın saytına çıxacaq. Hər şey orada ətraflı qeyd olunacaq”.

Qeyd edək ki, Azərbaycanda bütün futbol yarışları martın 13-də dayandırılıb.

BakuCity.az

AFFA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər