Formula 1 Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı məsələyə BŞH aydınlıq gətirib.
Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinə alınmış biletlərlə bağlı məsələyə Bakı Şəhər Halqası (BŞH) aydınlıq gətirib.
BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı BŞH-dən Trend-ə məlumat verilib.
Məlumata görə, alınan biletlər hələ də qüvvədədir. Amma BŞH biletlərin qaytarılması üçün də şərait yaradıb. Əgər kimsə bileti qaytarmaq istəyirsə, [email protected] email vasitəsi ilə müraciət edə bilər.
Qeyd edək ki, Formula 1 şirkəti çempionatın 2020-ci il üçün yeni təqvimini hələ elan etməyib.
Xatırladaq ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb. (trend)
BakuCity.az