Sabah Bakıda isti olacaq - PROQNOZ

Sabah Bakıda isti olacaq - PROQNOZ

15 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman  olacağı gözlənilir. Şimal-qərb küləyi  gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Bakıda  gecə 13-15, gündüz  20-22, Abşeron yarımadasında gecə 13-15, gündüz  19-22  dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz olacaq.   

BakuCity.az

Hava Proqnoz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər