Karantin rejimi təyin olunan vaxtdan tez bitəcək? - AÇIQLAMA

Karantin rejimi təyin olunan vaxtdan tez bitəcək? - AÇIQLAMA

Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər.

Dünən koronavirusa yoluxanların sayı 104-dən 65-ə düşüb. Əgər koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam etsə, karantin rejimi mayın 31-dən tez bitə bilərmi?

BakuCity.az xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Mirəzazadənin dediyinə görə, karantinlə bağlı bütün qərarlar yoluxma dinamikasına əsasən müəyyən edilir:

"Azərbaycanın böyük ərazisində yeni yoluxma olmadığına görə karantin rejimi götürüldü. Hesab edirəm atılan addımlar buna uyğun atılacaq. Bu məsələdə dövlətin atdığı addımlarla yanaşı sosial məsuliyyət məsələsi gündəmdə olmalıdır. Ehtiyac olmadan çölə çıxılmasa, insanlar tərəfindən sosial məsafə saxlanılsa, gigyenik qaydalara riyaət edilsə, koronavirusla bağlı elan olunmuş karantin rejimi gözləniləndən tez bitə bilər". (sonxeber.az)

BakuCity.az

Karantin Azərbaycan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər