Sabahdan Bakıda bu yol bağlanır - RƏSMİ

Sabahdan Bakıda bu yol bağlanır - RƏSMİ

Ziya Bünyadov prospektinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Mayın 16 və 17-də 20 Yanvar dairəsi istiqamətindən Ziya Bünyadov prospektinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə BakuCity.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məhdudlşdırma təmir işləri ilə əlaqədardır. 

Sürücülər alternativ olaraq Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

BakuCity.az

Yol "20 Yanvar"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər