Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin 2020-ci il may ayının 18-i saat 00:00-dan etibarən yumşaldılmasına qərar verib.

Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bununla əlaqədar DİN vətəndaşların diqqətinə çatdırır ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.

Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən yalnız zəruri hallarda çıxmaları, insanların sıx toplaşdığı məkanlara getməmələri və qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur.

Eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış qadağasının davam etməsi nəzərə alınmalı, bütövlükdə qüvvədə saxlanılmış məhdudiyyətlərə riayət olunmalıdır.

BakuCity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib. Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəy...
Cəmiyyət
"Karantinə nəzarət edən 3 əməkdaşımız koronavirus infeksiyasından dünyasını dəyişib”. BakuCity.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “Bu günə qədər 3 əməkdaşımız dünyasını dəyişib, hazırda bir neçə əməkdaşımız xəstəxanada müalicə alır, bir neçə şəxs də müalicələri bitdiyi üçün evə buraxılıb”. (redaktor.az) BakuCity.az
Cəmiyyət
Goranboyda koronavirusun daha çox yayıılması səbəbilə polis postları qurulub. Xəbər verdiyimiz kimi, ötən gün Baş nazir Əli Əsədov Goranboy və Göygöl rayonlarının bütün ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verib. Artıq digər şəhər və rayonlarla yanaşı, bu rayonlarda da xüsusi karantin rejiminin 20 iyul saat 06:00-dək tətbiq ediləcək. Bakucity.az xəbər verir ki, Goranboyun Dəliməmmədli şəhərində koronavirusun daha çox yayıld...
İdman
"Bakıya yollanacağım günü səbirsizliklə gözləyirəm". "Qarabağ"ın Portuqaliyanın "Şaveş" klubundan transfer etdiyi Kevin Medina yaxın günlərdə Bakıya gələcək. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a kolumbiyalı futbolçunun özü məlumat verib. 27 yaşlı müdafiəçi hazırda Portuqaliyada olduğunu bildirib: "Bakıya nə vaxt gələcəyimi bilmirəm. Amma bu, tezliklə olmalıdır. Koronavirus pandemiyası səbəbindən əcnəbilərin Azərbaycana səfər etmələri elə də asan...
Ekologiya
Bakıda 10 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sü...
Mədəniyyət
"Miss & Mister Azerbaijan 2020"nin final gecəsi "online" keçirilib.  "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsi 1996-cı ildən bəri  tarixdə ilk dəfə Final mərhələsini online şəraitdə həyata keçirib.  Bununla bağlı BakuCity.az-a müsabiqənin xoreoqrafı və baş koordinatoru Ayla Mais məlumat veriv: "Ölkənin ilk və rəsmi Milli gözəllik müsabiqəsi olan "Miss & Mister Azerbaijan -2020" 07.07.2020 tarixində, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanı...
Cəmiyyət
Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyə...
Cəmiyyət
“Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər". “Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”. BakuCity.az xəbər verir ki, baku ölkənin baş infeksionisti Cəlal İsayev deyib. C. İsayev qeyd edib ki, dənizdə viruslar məhv olur. Bunun...
Biznes
Koronavirus hər yerdə olduğu kimi Azərbaycanda da işbazların işinə yarıyır. "Pul qazananlar" indi də virusdan istifadə edib, dərmanların qara bazar biznesindən faydalanırlar. Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (“Arbidol”, “Kalitra”, “Erqferon” və “Tamiflu” ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. “Parasetamol”, vitamin, steroid və digər dərmanların olmam...