Bakıda avtomobildən 3 min manatlıq oğurluq edildi

Bakıda avtomobildən 3 min manatlıq oğurluq edildi

Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

BakuCity.az xəbər verir ki, hadisə aprelin 28-i Səbail rayonu ərazisində qeydə alınıb.

Naməlum şəxs A.Məhərrəmova məxsus “VAZ-2107” markalı avtomobildən 2 400 manat dəyərində olan akkumulyator və ümumilikdə dəyəri 500 manat olan maqnitofonla təmir alətləri oğurlayıb. (report) 

BakuCity.az

Daha sonra A.Məhərrəmov hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1981-ci il təvəllüdlü Famil Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

3 min
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər