EMIN: Ətrafımızda belə hekayələr çoxdur - VİDEO

 EMIN: Ətrafımızda belə hekayələr çoxdur - VİDEO

Emin Ağalarov analar və xüsusi qayğıya ehtiyacı olan uşaqlardan bəhs edən film çəkib.

Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) analara və xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunmuş “Ana. Bir uşağın hekayəsindən daha çox” adlı sənədli film və klip təqdim edib.

Bu barədə BakuCity.az-a musiqiçinin mətbuat xidmətindən məlumat verilib.

Həyatı dəyişən hekayələr var, bizə toxunan və ürəyi daha tez-tez döyünməyə məcbur edən hekayələr. Ən səmimi və xeyirxah hərəkətlərə motivasiya edən insanlar, uşaqlar, ailələr var. Bu hekayə onların haqqındadır...

Bir ailə haqqında, eyni zamanda hər gün uşaqlarının sağlamlığı və xoşbəxtliyi üçün mübarizə aparan bütün digər ailələr haqqında. Bu hekayə bir dəfə EMIN-in həyatına çox təsir edən inanılmaz bir oğlan haqqındadır. Bu hekayə xüsusi qayğıya ehtiyacı olan bütün uşaqları təcəssüm etdirən Hüsainin hekayəsidir. Güclü, cəsarətli, mehriban, səmimi, belə işıqlı uşaqların hekayəsidir. Bu mahnı və bu film onlara və onlardan heç də zəif olmayan analarına həsr olunur.

"Biz bu hekayəni iki ilə çəkdik. Mahnını 2018-ci ildə əziz dostum Hüsain və onun ailəsi ilə görüşəndən sonra yazdım. Bu filmlə biz ətrafımızda belə hekayələrin çox olduğunu göstərmək istədik. Məqsədimiz sadəcə filmi mümkün qədər tez çəkmək deyil, uşağın hər gün nə qədər böyük və çətin yol keçə biləcəyini göstərmək idi. Hekayənin yaradılmasında iştirak edən və məni ona təşviq edən hər kəsə təşəkkür edirəm, xüsusilə bu filmin prodüseri və rejissoru olan Saşa Yefimovaya, hansı ki, ilk növbədə xüsusi bir uşağın anasıdır.

Ətrafınıza baxın. Gəlin hamımız birlikdə uşaqlara kömək edək, onlara inanaq, yanlarında olaq. Gəlin xeyirxah işləri ucadan edək”, - yeni layihəsi haqda danışan Emin çağırış edib.

BakuCity.az

EMIN Film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər