Bakı metrosu ötən il büdcədən 41 milyon alıb

Bakı metrosu ötən il büdcədən 41 milyon alıb

Bakı metrosu ötən il büdcədən 41 milyon manat dotasiya alıb.

2019-cu ildə “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41 milyon manat vəsait ayrılıb.

BakuCity.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, Naxçıvan MR-nə həyata keçirilən aviareyslərə, Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat, Xəzər dənizində etibarlı nəqliyyat sisteminin yaradılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə 4,6 milyon manat, poçt rabitəsi xidmətinin göstərilməsi ilə bağlı “Azərpoçt” MMC-yə dəyən zərərin kompensasiya edilməsi üçün 1 milyon manat, nizamnamə kapitalının artırılması üçün "Azərkosmos" ASC-yə 48 milyon manat maliyyə yardımı (subsidiya) ayrılıb.

BakuCity.az

Bakı metrosu 41 milyon
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər