Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: bu qadağa ləğv edildi

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: bu qadağa ləğv edildi

COVID-19 pandemiyası fonunda Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər.

BakuCity.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-dən etibarən Azərbaycandan başqa, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.

Xəstələrin qəbulu xüsusi qaydalar əsasında keçiriləcək. (APA)

BakuCity.az

Türkiyə Səhiyyə Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər