Mayın 17-də Bakıda gözlənilən hava PROQNOZU

Mayın 17-də Bakıda gözlənilən hava PROQNOZU

Sabahın hava proqnozu.

Mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq.

Bakıda gecə 16-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

BakuCity.az

Hava Proqnoz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər