Əhaliyə koronavirusla bağlı XƏBƏRDARLIQ: müalicə üçün yer tapılmayacaq - VİDEO

Əhaliyə koronavirusla bağlı XƏBƏRDARLIQ: müalicə üçün yer tapılmayacaq - VİDEO

Azərbaycanın baş infeksionisti koronavirusun qarşısını almaq üçün əhaliyə xəbərdarlıq edib.

''Karantin qaydaları yumşadıldıqdan sonra vətəndaşlar pandemiyanın qarşısını almaq üçün edilən tövsiyələrə əvvəlkindən daha çox əməl etməlidirlər. Çünki bu müddətdə virusa yoluxma halları daha sürətli ola bilər''.

BakuCity.az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayevin sözlərinə görə, küçələrdə insanların sayı çoxaldıqca təhlükə riski də artır.

Baş infeksionist, xüsusilə də yaşı 65-dən yuxarı olan şəxslərə bu müddətdə çox diqqətli olmalarını tövsiyə edib. O, qeyd edib ki, yaşlılar xüsusi risk qrupuna daxil olduqlarını unutmamalı və qoruyucu tədbirlərə maksimum riayət etməlidirlər.

C.İsayev cəmiyyətin edilən tövsiyələrə əməl etməyəcəyi təqdirdə, ölkəmizdə yoluxma hallarının kəskin şəkildə arta biləcəyini, hətta tikilən modul tipli xəstəxanalara baxmayaraq, əksər Avropa ölklərində olduğu kimi ölkəmizdə də xəstələri müalicə etmək üçün yerin tapıla bilməcəyini deyib. O, dünya təcrübəsində müşahidə edilən süni nəfəs aparatlarının yaşlı insanlardan çıxarılıb, gənc insanlara verilməsi hallarının yaşanmaması üçün insanları məsuliyyətli olmağa çağırıb.

BakuCity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər