Bakıda bazar ertəsinə gözlənilən hava PROQNOZU

Bakıda bazar ertəsinə gözlənilən hava PROQNOZU

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-20, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.

BakuCity.az

Atmosfer təzyiqi 768 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Hava Proqnoz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər