Bakıda karantin postları ləğv edildi

Bakıda karantin postları ləğv edildi

Bu gündən etibarən Bakıda quraşdırılmış xüsusi polis postları götürülüb.

BakuCity.azxəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

E.Zahidov bildirib ki, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər.

Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda insanların sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, fəaliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər.

BakuCity.az

Bakı Postlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər