SMS icazə ləğv olunduqdan sonra Bakı metropolitenində VƏZİYYƏT

SMS icazə ləğv olunduqdan sonra Bakı metropolitenində VƏZİYYƏT

Metro stansiyalarında sərnişinlərin sayı artıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.

BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədovun sözlərinə görə, karantin qaydalarında yumşaldılma davam etdiyindən metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərir:

"SMS icazə bu gündən ləğv olunduğundan sərnişin sayında artım müşahidə edilir. Buna baxmayaraq, Bakı metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişləri və tətbiq olunan qaydalara uyğun olaraq fəaliyyətini davam etdirir. Tibbi maskası olmayan sərnişin metro stansiyalarına buraxılmır, sosial məsafənin saxlanması ilə bağlı sərnişinlərlə mütəmadi iş aparılır, tövsiyələr olunur". (trend)

BakuCity.az

Bakı metrosu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər