Bulvarda gəzmək istəyənlər nələri bilməlidir? - RƏSMİ

Bulvarda gəzmək istəyənlər nələri bilməlidir? - RƏSMİ

"Bulvar bu gündən etibarən artıq sakinlərin ixtiyarındadır".

BakuCity.azxəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib:

“Vətəndaşlar müəyyən şərtlər daxilində hər hansı məhdudiyyət olmadan bulvara gələ bilərlər. İnsanlar Operativ Qərargahın tətbiq etdiyi rəsmi qaydalara uyğun olaraq asudə vaxtlarını burada keçirə bilərlər.

Qaydalarda deyilir ki, mütləq 1.5 metr sosial məsafə gözlənilməlidir və 10 nəfərdan artıq insanın bir yerdə gəzməsi qadağandır. Əlavə olaraq xüsusi karantin dövrü başlayandan bulvar ərazisində məlumatlandırıcı lövhələr, xəbərdaredici nişanlar qoyulub və yenə də bulvar daxilində saxlanılacaq. Skamyaların üzərində məsafənin qorunması ilə bağlı xəbərdaredici nişanlar olacaq”.

G.Yelmarqızı bulvar ərazisində fəaliyyət göstərən kafe və restoranlar, eləcə attraksionlar barədə də məlumat verib:

“Operativ Qərargahın xüsusi təlimatlarına uyğun qaydalara əməl etmək şərti ilə, ərazidəki kafe və restoranlar saat 8-dən axşam saat 18-ə kimi fəaliyyət göstərəcək. Attraksionlar, uşaq əyləncə mərkəzləri, qatarlar, idman qurğuları və gəmi səyahətinə qadağalar isə qüvvədədir”.

Qeyd edək ki, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

BakuCity.az

Bakı bulvarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər