• Ana səhifə
  • Sabah Bakıda gözlənilən hava şəraiti - PROQNOZ
14:35, 18 may 2020

Sabah Bakıda gözlənilən hava şəraiti - PROQNOZ

Sabah Bakıda gözlənilən hava şəraiti - PROQNOZ

Sabahın hava proqnozu açıqlanıb.

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 21-25° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz 40-45% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 19-u və 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BakuCity.az

#Hava proqnozu #Bakıda

Şərhlər

Elan
live comments feed...