Xarici ali təhsil ixtisasının ölkədə tanınması və nostrifikasiyası necə olacaq?

Xarici ali təhsil ixtisasının ölkədə tanınması və nostrifikasiyası necə olacaq?

Xarici ali təhsil ixtisasının ölkəmizdə tanınması və nostrifikasiyası qaydaları ilə bağlı əsas məqamlar açıqlanıb.

Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, xarici ali təhsil ixtisasının ölkədə tanınması və nostrifikasiyası üçün Təhsildə Keyfiyyət və Təminatı Agentliyinə müraciət edilməlidir.

Ərizələrin qəbulu elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçirilir.

İnternet səhifəsində “Nostrifikasiya – Tələb olunan sənədlər” bölməsində müvafiq sənədlərin siyahısı və yüklənmə qaydası barədə məlumat verilir.

Proses zamanı rast gəlinən hər hansı problemlə bağlı şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilməklə, [email protected] ünvanına müraciət etmək olar.

Agentliyin fəaliyyəti istiqamətində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün 31 may tarixinədək müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, [email protected] və ya [email protected] elektron poçt ünvanarı vasitəsilə cavablandırılacaq.

Vətəndaşların Agentliyin internet saytının (www.tkta.edu.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar" bölmələri ilə tanış olması tövsiyə olunur.

BakuCity.az

Xarici ali təhsil Nostrifikasiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər