• Ana səhifə
  • İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək? - AÇIQLAMA
17:12, 18 may 2020

İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək? - AÇIQLAMA

İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək? - AÇIQLAMA

Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən 190 manat ödənilib.

Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib.

BakuCity.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov may ayı üçün 300 min nəfərə birdəfəlik yardım (190 manat) ödənildiyini bildirib. Proses davam edir:

“Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir”.

190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir.

“Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir”, – nazirliyin sözçüsü qeyd edib. (qazet.az)

BakuCity.az

#190 manat #Birdəfəlik ödənişlır

Şərhlər

Elan
live comments feed...